Vətəndaşlardan pul toplayan şəhid bacısı saxlanıldıbackend

Vətəndaşlardan pul toplayan şəhid bacısı saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.