Azərbaycan Texnologiya Universitetinin (ATU) Turizm fakültəsinin dekanı Yusif Hümbətova elmi ad verilib.
Bu barədə Azərbaycan Texnologiya Universiteti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 may 2026-cı il tarixli qərarına əsasən, Yusif Əbülfət oğlu Hümbətov 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adı alıb. Yusif Hümbətov uzunmüddətli elmi fəaliyyətinə görə bu ada layiq görülüb.













