Vilyam Hacıyevin əmlakı müsadirə edilib – SİYAHIbackend

Vilyam Hacıyevin əmlakı müsadirə edilib – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qeyd edilib ki, təqsirləndirilən şəxsin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.

V.Hacıyevin müsadirə edilən əmlakları bunlardır:

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

– Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

Qeyd edək ki, məhkəmənin hökmü ilə V.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.