Vitali Balasanyan Rusiya səfirliyinə niyə çağırılıb?backend

Vitali Balasanyan Rusiya səfirliyinə niyə çağırılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ cinayətkarlarından olan Vitali Balasanyan Qarabağdan İrəvana getdikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

NOCOMMENT.az “Hraparak”a istinadən bu barədə xəbər verir.

Bildirilir ki, qondarma qurumda onun barəsində başladılmış cinayət işinə xitam verilib, oğluna qarşı da cinayət işi başladılıb.

Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir:

“Onun nə işlə məşğul olduğunu və niyə “yeraltına” girdiyini bilmirik. Lakin bir qədər əvvəl əməkdaşımız onu Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib”.