X siniflər üçün şagird yerdəyişməsinə başlanıldıbackend

X siniflər üçün şagird yerdəyişməsinə başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.