“X” üçün yeni plan: Səsli və video zəng funksiyasıbackend

“X” üçün yeni plan: Səsli və video zəng funksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər “Twitter” kimi tanınan “X” tezliklə istifadəçilərə səsli və video zənglər etməyə imkan verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask elan verib.

Bu funksiya Apple iOS və Google Android, həmçinin Mac və fərdi kompüterlərdə əməliyyat sistemi ilə əlçatan olacağını qeyd edən Mask, bu xidmət üçün telefon nömrəsinə ehtiyac olmayacağını bildirdi.

Mask sözügedən xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı bir tarix açıqlamayıb.