Xaçmazda nişanlı gəncin evdə meyiti tapılıbbackend

Xaçmazda nişanlı gəncin evdə meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.

Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.