Xalq artisti: “Vəziyyətim yaxşı deyil, gəzə bilmirəm”backend

Xalq artisti: “Vəziyyətim yaxşı deyil, gəzə bilmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Ənvər Həsənovun səhhətində problem yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

“İnsult keçirəndən sonra hələ özümə gələ bilməmişəm. Səhhətim qaydasına düşməyib. Vaxtaşırı müalicə alıram. Son günlər ayaqlarım bir az da şişib. Heç yerə gedə bilmirəm, ayağıma ayaqqabı girmir. Yaxınlarımın, doğmalarımın belə şad günlərinə gedə bilmirəm”, deyə Ənvər Həsənov bildirib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun səhhətində problem yaranmışdı. Həkimlər onun insult keçirdiyini bildirmişdi.