Xankəndi şəhərində üzərində 1905–1990-cu illər qeyd olunan baş daşı aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, baş daşının üzərində “Təmur oğlu Əliyev” adı və mərhumun təsviri həkk olunub. Eyni zamanda, daşda “Oğlu Məhərrəmdən xatirə” sözləri də yazılıb.
İlkin məlumata görə, tapıntı şəhər ərazisində aparılan təmizlik və ya abadlıq işləri zamanı üzə çıxıb. Baş daşının hansı qəbiristanlığa və ya əraziyə aid olduğu hələlik məlum deyil.
Hazırda tapılan baş daşının sahibinin yaxınlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Mərhum və ya onun ailə üzvləri barədə məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur













