Azərbaycana idxal olunan bəzi balıqlar dəyərindən çox baha satılır.
NOCOMMENT.az xəbər verir ki, məsələn, Rusiyadan 1 kiloqramı 2 manata idxal olunan nərə balığı Azərbaycan bazarında 35 manata satılır.
Məhsulun idxal göstəriciləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərq isə müzakirələrə səbəb olub. Ekspertlər deyirlər ki, gömrükdə bəyan edilən qiymət sadəcə məhsulun alış dəyəridir. Bura hələ bir çox əlavə xərclər daxil edilməyib.
Qiymətin formalaşmasında digər bir məqam isə çoxpilləli satış sistemidir. Məhsulu ölkəyə gətirənlə onu piştaxtada satan şəxs eyni deyil. Pərakəndə satıcı bir neçə vasitəçidən sonra məhsulu əldə edir.
Sahibkarların sözlərinə görə, son qiymətə təsir edən ən əsas faktorlardan biri də təmizlənmə zamanı yaranan çəki itkisidir. Satıcı məhsulu bütöv alsa da, müştəriyə hissə-hissə təqdim edərkən ciddi maya dəyəri artımı ilə üzləşir.
Beləliklə, real görünməsə də, logistika, soyuducu xərcləri və təmizləmə zamanı yaranan təbii itkilər 2 manatlıq invoys qiymətini bazarda 30-35 manatlıq pərakəndə qiymətə çevirə bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









