Xəstəxanaya müayinə üçün aparılan uşaq qaçırıldıbackend

Xəstəxanaya müayinə üçün aparılan uşaq qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizlidə 3 gün əvvəl müayinə üçün getdiyi xəstəxanadan itən 4 yaşlı Emirhan Uşak şosesində tapılıb.

NOCOMMENT xəbər verir ki, uşaq çox ağladığı üçün şübhəlilər uşağı avtomobildən çıxarıb gözdən itiblər.

Dənizlinin Tavas rayonunun Samanlık məhəlləsində yaşayan Emirhan H. (4) ötən bazar ertəsi anası ilə əməliyyatdan sonra müayinə üçün gəldiyi Pamukkale Universiteti Xəstəxanasında yoxa çıxıb. Ailənin çata bilmədiyi Emirhan bütün axtarışlara baxmayaraq tapılmayıb. İtkin düşdüyünü polisə xəbər verən ailənin bərbad vəziyyətdə olduğu bu gün səhər şad xəbər gəldi. Xəstəxana bağçasından qaçırıldığı ortaya çıxan Emirhan Uşak şosesində yol nəzarəti qrupları tərəfindən sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.