Yaponiya ABŞ ilə hərbi ittifaq yaratmaq istəyir – Pekinin uzun müddətdir…backend

Yaponiya ABŞ ilə hərbi ittifaq yaratmaq istəyir – Pekinin uzun müddətdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaponiya Ukrayna və Yaxın Şərq münaqişələri səbəbindən ABŞ ilə hərbi ittifaq yaradılmasını nəzərdən keçirir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Fumio Kişida danışıb.

O deyib ki, son dövrlər baş verən qlobal silahlı münaqişələr ölkənin müdafiə strategiyasına dəyişiklik zərurəti yaradıb. Fumio Kişidanın sözlərinə görə, ölkəsi rəsmi Pekinin uzun müddətdir Şərqi və Cənubi Çin dənizlərində status-kvonu dəyişmək cəhdlərinə yol verməsinin qəbuledilməzliyini vurğulayıb.

Qeyd edək ki, yerli mətbuatda Yaponiya baş nazirinin Şimali Koreya lideri Kim Çen Ina 2002-ci ildən sonra ilk görüşün keçirilməsi barədə təklif göndərdiyi yazılıb.