Yaponiya ASEAN ilə əməkdaşlığı gücləndirmək istəyirbackend

Yaponiya ASEAN ilə əməkdaşlığı gücləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Tokioda keçirilən Yaponiya-ASEAN sammitində Yaponiyanın baş naziri Fumio Kisida deyib.

Onun sözlərinə görə, hüquqi dövlətə əsaslanan beynəlxalq nizam ciddi problemlərlə üz-üzədir: “Yaponiya ASEAN ilə həmişəkindən daha sıx əməkdaşlıq etmək istəyir”.

Öz növbəsində ölkəsi hazırkı sammitə həmsədrlik edən İndoneziya prezidenti Coko Vidodo Yaponiyanı ASEAN üçün mühüm tərəfdaş adlandırıb.