Yaponiya Tayvan boğazı yaxınlığındakı adada “Patriot” raketlərini yerləşdirdibackend

Yaponiya Tayvan boğazı yaxınlığındakı adada “Patriot” raketlərini yerləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Patriot (PAC-3) raketlərini ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasına yerləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlama verib.

Matsuno yerləşdirilən raketlərin milli təhlükəsizliyi təmin etmək məqsədi daşıdığını və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəf alacağını bildirib. 

Milli mətbuatda yer alan məlumata görə, PAC-3 raketlərinin də eyni bölgədəki İşigaki və Yonaquni adalarına yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən Okinavanın Miyako, Yonaquni və İşigaki adaları ölkənin Tayvan boğazına ən yaxın bölgəsi kimi tanınır.

NOCOMMENT.AZ