Yaponiyada quş qripinin yeni variantı təsbit edildibackend

Yaponiyada quş qripinin yeni variantı təsbit edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtilə bütün dünyaya yayılan və ölümlərə səbəb olan quş qripi yenidən gündəmə gəlib.

NOCOMMENT xəbər verir ki, Yaponiyada bir fermada quş qripinin yüksək yoluxucu H5 mutasiyasının aşkarlanması səbəbindən 40 min ev quşu məhv ediləcək. Epidemiyanın baş verdiyi təsərrüfat karantinə alınıb.

Yaponiyanın Saqa əyalətinin Kaşima şəhərindəki fermada çoxlu sayda ev quşunun ölü tapılmasından sonra testlərdə quş qripinin yüksək yoluxucu H5 mutasiyası aşkar edilib. Əyalət hökuməti ehtiyat tədbiri olaraq 40 min ev quşunun məhv ediləcəyini açıqlasa da, epidemiyanın baş verdiyi fermanın ətrafı məhdud hərəkət sahəsi elan edilib.