Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı ARTDIbackend

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada ikinci gündür davam edən güclü zəlzələlər nəticəsində azı 48 nəfər ölüb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın zəlzələnin episentrinə ən yaxın olan İşikava prefekturasının səlahiyyətliləri məlumat verib.

Son məlumatlara görə, 50-dən çox insan da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən çətin vəziyyət İşikava prefekturasında müşahidə olunur – orada zəlzələlərin törətdiyi yanğınlar 200-dən çox yaşayış binasını dağıdıb, yeraltı təkanlar nəticəsində 100-dən çox bina dağılıb. Fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və ölkənin özünümüdafiə qüvvələrinin əsgərləri hadisə yerində işləri davam etdirirlər.