Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaqbackend

Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə KİV-ə sənətçinin qohumları məlumat veriblər.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.