Yaşayış binasında yanğın: Sakinlər təxliyə edildilərbackend

Yaşayış binasında yanğın: Sakinlər təxliyə edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.