Yayda sülh müqaviləsi bağlanacaq? – Rusiya istəmir – Politoloqlarbackend

Yayda sülh müqaviləsi bağlanacaq? – Rusiya istəmir – Politoloqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yaxın zamanlarda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.
 
NOCOMMENT xəbər verir ki, bu Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Onun sözlərinə görə, bir sıra ciddi məsələlər həll olunmadan sülh sazişi bağlana bilməz:
 

“Sülh sazişinə qədər bir neçə prosedur öz həllini tapmalıdır. Bu, delimitasiya, demarkasiya və nəqliyyat xətlərinin açılması ilə bağlıdır. Artıq nəqliyyat xətlərinin açılması ilə bağlı razılıq əldə edilib. Həmin dəmiryol xəttinin çəkilişinə başlamaq lazımdır, amma bu müəyyən vaxt aparacaq.
Həmçinin, delimitasiya, demarkasiya məsələsi ilə bağlı hələ də Ermənistan tərəfindən işçi qrupu yaradılmayıb. Rəsmi olaraq, Ermənistan Azərbaycanın sərhəd bütövlüyünü tanımalıdır. Bundan sonra artıq sülh müqaviləsi ilə bağlı danışıqlar gedə bilər. Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Lakin danışıqlarda əldə edilən nəticələr, eyni zamanda Ermənistan və Türkiyə arasında yeni açılım siyasəti prosesləri başlayıb. Bu, Cənubi Qafqazdakı ümumi duruma müsbət təsir edəcək. Əgər heç bir xarici maneələr olmasa, doğurdan da 2022-ci ilin may-iyun aylarında Ermənistan Türkiyə arasındakı sərhədlərin açılması, iqtisadi münasibətlərin əsasının qoyulmasınının şahidi olacağıq. Tez bir zamanda dəmiryolu ilə bağlı Azərbaycanla Ermənistan arasında layihələrə start verilə bilər”.
Politoloq Teymur Qasımlı da yaya qədər sülh müqaviləsinin imzalanacağını düşünmür:

“10 noyabr bəyanatından sonra iddialar var idi ki, 2021-ci ilin oktyabr ayında sülh müqaviləsi imzalanacaq. Amma nəticə etibarı ilə 2021-ci ilin sonudur və hər-hansı bir sülh müqaviləsi imzalanmadı.
Eyni zamanda deyilirdi ki, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya məsələləri həll oluncaq, 1920-ci il xəritəsi ilə böyük bir sülh müqaviləsi imzalanacaq. Lakin bunlar olmadı. Yaya qədər Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı və bütün problemli məsələlərin həll olunacağına inamım yoxdur.
Rusiya bu münaqişənin bitməsini istəmir. Ona görə sərhəd gərginliyi yaradılır. Bundan başqa, Qarabağ ətrafında müəyyən olunmayan məsələlər var ki, ölkə başçımız 11 yanvar 2021-ci ildə Moskvada keçirilən görüşdə Xankəndinin idarə olunması, nəqliyyat kommunikasiya məsələləri ilə bağlı şərtlər qoydu.
Qarabağla bağlı bəzi məsələlər var ki, onlar həll olunmadığı müddətdə sülh müqaviləsinin yayda və yaydan sonrakı proseslərdə imzalanacağına inanmıram və bu barədə proqnoz verə bilmirəm”