Yegiazaryan: Arazdəyər də Bakının nəzarətinə keçəcəkbackend

Yegiazaryan: Arazdəyər də Bakının nəzarətinə keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyər (ermənilər Yerasxavan deyir) kəndini də Azərbaycanın nəzarətinə verəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib.

“Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyər) kəndi Azərbaycana təhvil veriləcək. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır”, – deyə erməni ekspert bildirib.