Yekaterinburqdakı antiterror əməliyyatın təfərrüatları məlum olub – VİDEObackend

Yekaterinburqdakı antiterror əməliyyatın təfərrüatları məlum olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FTX-nin Yekaterinburqdakı antiterror əməliyyatının videosu yayılıb.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları dinc şəhər əhalisinə qarşı hücumları hazırlayan Rusiya ərazisində qadağan olunmuş İŞİD təşkilatı tərəfdarlarının yeri barədə məlumat alıblar. Bundan sonra, şəhərin özündə, eləcə də Sverdlovsk vilayətinin Aramil rayonunda ƏTƏ (əks terror əməliyyatı) rejimi elan edilib.

Şübhəlilər Çkalovsk rayonu ərazisindəki fərdi bir evdə olublar. Tikili bloklanıb, yaxınlıqdakı evlərin sakinləri təxliyə olunublar.

Yaraqlılar hakimiyyət qüvvələrinə təslim olmaqdan imtina ediblər və atəş açmağa başlayıblar, tərəflər arasında atışma qızışıb, nəticədə hüquq mühafizə orqanları üç qulduru zərərsizləşdiriblər. Xüsusi əməliyyat yerində partlayıcı, silah və sursat tapılıb.