Yemək istəmirsiniz, cəhənnəmə yeyin!backend

Yemək istəmirsiniz, cəhənnəmə yeyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının alnının təri, gözünün nuruyla ərsəyə gətirilmiş 40 ton un Ağdam-Xankəndi yolunda gözləyir. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur Verdizadə deyib. Onun sözlərinə görə, separatçılar onlara uzanan əlimizi geri itələyirlər. Təmənnasız etdiyimiz yardımı qəbul etmək istəmirlər. Hansı ki, guya “blokada” vəziyyətində yaşayırlar. Guya bölgədə “humanitar fəlakət” hökm sürür. Guya neçə vaxtdır suya batırıb yeməyə quru çörək tapmırlar…

Yaxşı bir atalar sözü var: Ac qılınca çapar. Bunlar ac deyillər, qudurğandırlar. Yeməyə heç nə tapmasaydılar, çoxdan ac köpək kimi quyruqlarını qısıb apardığımız yardımı qəbul edərdilər.

Sosial şəbəkələrin erməni seqmetində maraqlı müzakirələr gedir. Hərənin öz arqumanti var. Ən çox bu tezis populyardır: Azərbaycanlıların çörəyini yemək istəmirik.

Yemək istəmirsiniz, cəhənnəmə yeyin! Sizi yerə yıxıb apardığımız çörəyi zorla ağzınıza tıxmaq fikrimiz yoxdur…

Həqiqətən, erməni xalqı bədbəxtdir. Söhbət təkcə Qarabağda yaşayan ermənilərdən getmir. Ermənistanda yaşayanların da günü qaradır. Mənasız, cəfəng bir ideologiya onları illərdir əsir-yesir edib. “Böyük Ermənistan” xülyası bu adamları dəliyə çevirib. Reallıq hissini itirdikləri üçün burunlarından iki metr irəlini görmürlər. Ancaq burunları ovulanda ağılları başlarına gəlir.

Elə bilirlər ki, göndərdiyimiz yardımı qəbul etməsələr, ürəyimiz gedəcək. Ay sizi öləsiniz! Bizim heç kimə verməyə minnətli çörəyimiz yoxdur! O çörək Vətən oğlunun haqqıdır. Yesin ki, ürəyinin təpəri, qolunun qüvvəti bir az da artsın!

Bədbəxtliyin miqyasına baxın, ha! İrəvanda 44 günlük müharibədə ölmüş əsgərin xatirəsinə hansısa kompleks tikilib. Ötən həftə Paşinyanın arvadı orda rəqs edib. Bunlar nəinki dirilərinə, heç ölülərinə də hörmət qoymağı bacarmırlar. Mənasız ideologiya uğrunda hamısı bir-bir gəbərib gedəcək. Arxalarınca iki damla yaş axıdan da olmayacaq. İnsan urvatsız olanda və öləndə aqibəti belə olur…

Bir aydan çoxdur ki, ermənilərə məxsus 22 TIR Laçın yolunda gözləyir. Səbəbi aydındır: Azərbaycan təhlükəsizlik məsələlərini əsas götürərək, Laçın-Xankəndi yolunu bağlayıb. Təbii ki, düz edib. Yolun açılmayacağı barədə ermənilərə azı 100 dəfə xəbərdarlıq edilib. Amma özlərini karlığa, korluğa vurublar. Ara yerdə gün həmin TIR-lardakı məhsulun “başına döyür”.

Ay vələdüzzina, sənin üçün yolun nə fərqi var? Deyirsən ki, Qarabağdakı ermənilər it yalına möhtacdır. Di, zəhmət çək, yardımını Ağdam-Xankəndi yolu ilə çatdır.

Yəqin ki, TIR-lardakı ərzaq çürüməyə başlayıb. İylənmiş mal yeyəcəksən?

44 günlük müharibə zamanı tankı qoyub unitazı aparan ermənidir. Nə desəniz, gözləmək olar…