“Yemin qiyməti qalxıb ki, bu da ətin qiymətinin artmasının əsas amillərindən biridir” — AÇIQLAMAbackend

“Yemin qiyməti qalxıb ki, bu da ətin qiymətinin artmasının əsas amillərindən biridir” — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ətin qiymətinin qalxmasının səbəbləri çoxdur və bu tendensiya uzun illərdir davam edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, son zamanlar dabaq xəstəliyi ilə bağlı problemlər yaşanıb, müxtəlif rayonlarda iri-buynuzlu mal-qaranın sayı azalıb, bu da qiymətlərə təsir edib:

“Hətta bazarda idxal qoyun əti artıb, Monqolustandan gətirilərək 13–14 manata satılır, amma mal əti ilə bağlı problemlər hələ də qalmaqdadır”.

Ekspert bildirib ki, son 5 ildə iri-buynuzlu mal-qaranın sayı təxminən 300 min baş azalıb və iqtisadi qanunauyğunluğa görə, təklif azalanda ətin qiymətinin artması gözlənilən idi:

“Problemin həlli üçün zamanında müxtəlif addımlar atılsa da, effektiv nəticə verməyib. Xüsusilə, yem bazasının genişləndirilməsi ilə bağlı qərar yerinə yetirilməyib, əksinə, yem bazası daralıb və yemin qiyməti qalxıb ki, bu da ətin qiymətinin artmasının əsas amillərindən biridir”.