Yeni il qazimizə düşərli oldu: 16 il sonra əkizləri dünyaya gəldibackend

Yeni il qazimizə düşərli oldu: 16 il sonra əkizləri dünyaya gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 ildən sonra qazi ailəsində əkiz oğlan uşaqları dünyaya gəlib.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki,körpələr 2024-cü ilin ilk dəqiqələrində doğulublar.

“İlk körpə 00:01-də, ikincisi isə 00:03-də dünyaya gəlib”, – ginekoloq Yeganə Əliyeva qeyd edib.

Əkizlərin atası Cabbar Tağıyev sevincini Baku TV ilə bölüşüb.

“16 ildir, bu günü gözləyirdik. Həkimlərə təşəkkür edirəm”, – qazi söyləyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: