Yeni qanun qüvvəyə minib – İctimai yerlərdə söyüş söyənlər…backend

Yeni qanun qüvvəyə minib – İctimai yerlərdə söyüş söyənlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda ictimai yerlərdə söyüş söyənlərə verilən cəzalar ağırlaşdırılıb.

NOCOMMENT xəbər verir ki, bu gündən ölkədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 300 manat) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev yanvarın 3-də “İnzibati xətalar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.