Yens Stoltenberq: “Gürcüstan alyans üçün çox önəmlidir”backend

Yens Stoltenberq: “Gürcüstan alyans üçün çox önəmlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflisdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə Gürcüstanın Şimali Atlantika Alyansı üçün çox önəmli olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O bildirib ki, bir neçə gün əvvəl Türkiyənin hərbi freqatı Batumidə olub və gürcü tərəfdaşları ilə görüşüb.

“Bu, bizim regionda necə əməkdaşlıq etdiyimizə, imkanları paylaşdığımıza və potensialı gücləndirdiyimizə bir nümunədir. Bu, Gürcüstanın NATO üçün nə qədər vacib olduğunu sübut edir”, – NATO-nun baş katibi bildirib.

Bu cür əməkdaşlıq daha güclü, demokratik proseslərin, o cümlədən inteqrasiyanın təmin edilməsi üçün həyata keçirilir, deyə o qeyd edib və əlavə edib ki, Gürcüstana namizəd statusu “rifah arzularını və bu istiqamətdə ruhu gücləndirəcək”.