“Yeşilçam”ın usta aktyoru vəfat etdibackend

“Yeşilçam”ın usta aktyoru vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeşilçam”ın usta aktyoru Yaşar Yağmur 74 yaşında dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, aktyor uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi.

Balıkəsirdə Gönen rayonunun Ekşidere kənd məhəlləsindəki evində xəstələnən Yaşar Yağmur Gönen Dövlət Xəstəxanasına aparılıb.

Analizlər nəticəsində yüksək qan dəyərləri səbəbiylə Bandırma Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Yağmur infarkt keçirərək həyatını itirib.

Evli və üç uşaq atası olan usta aktyor bir çox Yeşilçam filmində rol alıb. “Bu dünya”, “Həzrəti Yusif”, “Yuvasız quşlar”, “Ataların atası” və “İsrafsızlar” filmləri ilə tanınan aktyor 35 filmdə rol alıb.