Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran kişi həbs edildibackend

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran kişi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan NOCOMMENT.az-a bildirilib.

Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.

E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayev qızı Ə.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. RPŞ-də dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən E.Mustafayevin qardaşı qızını Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilən tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax RPŞ-nə gətiriliblər.