Yol qəzasında iki erməni hərbçi yaralandıbackend

Yol qəzasında iki erməni hərbçi yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın Lori vilayətində erməni hərbçilər qəzaya düşüb.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, Hamamlı (Spitak)-İrəvan yolunun 9-cu kilometrliyində BMV markalı maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.

Qəza nəticəsində Ermənistan ordusunun muzdlu əsgərləri, 30 yaşlı Mger Qriqoryan və 34 yaşlı Artyom Akopyan ağır xəsarətlər alıb.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni ordusunun təxribatı baş verib və Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Ordumuzun cavab zərbəsi nəticəsində Ermənistan MN-in yaydığı son məlumata görə, 3 erməni əsgər məhv edilib, 4-ü yaralanıb.