Yolda gördüyü yaralını həkimə çatdırmaq istədi, özü də qəzaya düşdü – Ölən varbackend

Yolda gördüyü yaralını həkimə çatdırmaq istədi, özü də qəzaya düşdü – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda 80 yaşlı kişini yük avtomobili vurub, onu xəstəxanaya aparmağa calışan minik avtomobili də qəza törədib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Cəlal Əhmədovu vurub.

Yoldakı sürücülərdən biri yaralı şəxsi öz avtomobili ilə xəstəxanaya çatdırmağa çalışıb, lakin yaralını aparan “VAZ 2107” markalı minik avtomobili şəhərin Nizami küçəsində digər “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Bundan sonra yaralı digər avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb.