Yunanıstanda Ayasofyaya görə matəm elan olundubackend

Yunanıstanda Ayasofyaya görə matəm elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ayasofyanın 86 il sonra yenidən məscid kimi ibadətə açılması ilə əlaqədar Yunanıstanda matəm elan olunub.

NOCOMMENT xəbər verir ki, bunu Yunan kilsəsinin rəhbəri, Afinanın Baş yepiskopu Yeronimos deyib. O, gün ərzində ölkənin bütün kilsələrində bayraqların yarıya qədər endiriləcəyini, günorta saatlarında isə kilsə zənglərinin səsləndiriləcəyini söyləyib.

Yeronimos sözlərinə görə, bu gecə xristianlar xüsusi bir ayin keçirərək müqəddəs Məryəmi şərəfləndirmək üçün dini mahnı oxuyacaqlar.

Xatırladaq ki, belə bir ayin 1453-cü ildə İstanbulun fəthi zamanı həyata keçirilmişdi.

Onu da qeyd edək ki, Ayasofya İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildə fəthdən sonra 1934-cü ilə qədər məscid, 1934-cü ildən 2020-ci ilə qədər isə, yəni 86 il muzey kimi fəaliyyət göstərmişdi.