Yunanıstanın türk xalqına etdiyi yardımı siyasi məsələlərlə əlaqələndirə bilmərikbackend

Yunanıstanın türk xalqına etdiyi yardımı siyasi məsələlərlə əlaqələndirə bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yunanıstanın türk xalqına yardımını heç bir geosiyasi inkişafa və ya siyasi mövzuya bağlaya bilmərik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yunanıstanın xarici işlər naziri Nikos Dendias Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra iki ölkə arasındakı əlaqəyə dair açıqlamalar verərkən bildirib.

Dendias Yunanıstanın Türkiyəyə gəlişinin və Türkiyə ictimaiyyətindəki müsbət atmosferin iki xalqın yaxınlığını göstərdiyini bildirib.

“Türkiyə görünməmiş bir fəlakətlə üz-üzədir. Bu kədərli fəlakətin nəticələrini indi bilmək və hiss etmək mümkün deyil. Mənim Türkiyədə olmağım Yunanıstanın türk xalqına bölünməz dəstəyinin və həmrəyliyinin bariz göstəricisidir. Gördüyümüz görüntülər sarsıdıcı idi. Hiss etdiyimiz kədəri təsvir etmək mümkün deyil.”

NOCOMMENT.AZ