Zaxarova SSRİ-nin Moldova tarixində oynadığı rolu xatırladıbbackend

Zaxarova SSRİ-nin Moldova tarixində oynadığı rolu xatırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moldova prezidenti Maya Sandu respublikanın SSRİ-nin tərkibində olarkən onun zülmündən bəhs edərkən yanılır”.

NOCOMMENT.az “Sputnik Moldova”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Sandunun bu məsələ ilə bağlı açıqlamalarını “tarixi psevdoekskursiyalar” adlandırıb və 1945-ci ildən sonra Sovet Moldovasının “iqtisadi və sosial inkişafını göstərən bir sıra statistik məlumatlara” istinad edib.

“Sovet İttifaqının tərkibində Moldova iqtisadiyyatı dağılmış kənd təsərrüfatı ölkəsindən çiçəklənən aqrar-sənaye respublikasına çevrildi. Bu dövrdə onun ərazisində 550 sənaye müəssisəsi istifadəyə verildi. Elektrik enerjisi istehsalı 6 dəfə – 3 milyard kilovatsaata qədər artıb. Demək olar ki, bütün mövcud nəqliyyat infrastrukturu formalaşmışdır. İndi nə var? Maya Sandu sizə demək istəmir?”, – deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin şərhinə səbəb Moldova prezidenti Maya Sandunun Moskvanın 2024-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində respublikada sabitliyi pozmağı planlaşdırdığı və sovet dövründə ölkənin sıxışdırıldığı barədə sözləri olub.