Zəhərlənmələrdən sonra nə yemək olar?backend

Zəhərlənmələrdən sonra nə yemək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hər kəs ən azı ömründə bir dəfə qida zəhərlənməsi ilə qarşılaşır. Ürəkbulanma, ishal, qızdırma… Amma orqanizmin bərpası üçün güc lazımdır, ona görə də yemək lazımdır. Lakin çox insanlar zəhərlənmədən sonra qidadan ehtiyat edir, nə yeyəcəyini bilmir.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, zəhərlənmənin əlaməti qarın ağrısı, qusma, ishal, zəiflik, yüksək hərarət, aşağı qan təzyiqidir.
Əgər insan uzun müddət zərərli qidalar qəbul edərsə, o zaman qida zəhərlənməsinin şəkli xroniki xəstəliyə bənzəyəcək və bu simptomlıar olmayacaq.
Zəhərlənən günü ağır, yağlı, acı, duzlu qidalardan uzaq olmaq lazımdır. Daha çox su, tünd çay, qatıq içmək daha məsləhətlidir.
Zəhərlənmədən sonra qidalanma ehtiyatlı olmalıdır, çünki bədənin bütün qüvvələri patogen bakteriyalarla mübarizə aparmaq üçün istifadə olunur.
Birinci günün axşam saatlarında suda az yağlı toyuq suyu və ya düyü sıyığı bişirmək olar.
Zəhərlənmədən sonrakı ikinci gündə pəhriz saxlanmalıdır.
Buxarlanmış toyuq kotletləri, kartof püresi (südsüz) yeyə bilərsiniz. Bu çətin dövrdə düyü suyu köməyinizə çatacaq.
Zəhərlənmədən sonra yeməklər yaxşı qaynadılmalıdır.
Menyuda həzmi yaxşılaşdırmağa kömək edəcək qidalar olmalıdır. Beləliklə, ilk iki həftədə bədən amin turşularının çatışmazlığı ilə qarşılaşacaq, buna görə də pəhrizinizi konservləşdirilmiş göbələk, dəniz yosunu, balıq ilə noxud püresi ilə zənginləşdirin.