Zelenski müsəlman əsgərlərlə iftar etdibackend

Zelenski müsəlman əsgərlərlə iftar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusu sıralarında Rusiya silahlı qüvvələrinə qarşı döyüşən müsəlman əsgərlərlə iftarda bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, təşkil olunan iftar süfrəsində Ukrayna prezidentinin köməkçiləri Andrey Yermak və Andrey Sıbiqa, Krım Muxtar Respublikasının Prezidenti Roman Maşhovets, Krım Tatar Xalq Məclisinin sədri Tamila Taşeva və Krım tatar xalqının mənəvi lideri Mustafa Kırmızıoğlu iştirak edib.

Müsəlman əsgərlərə müraciət edərək danışan Zelenski ilk dəfə olaraq Krım Tatar Mədəniyyət Mərkəzində təşkil olunan iftar süfrəsinin bu ildən etibarən hər il Ukraynada prezidentin iştirakı ilə keçiriləcəyini bildirib.

O, Ukrayna dövlətinin rəsmi həyatına yeni bir ehtiram ənənəsinin əlavə edildiyini açıqlayıb. 

“Ukraynada yüz minlərlə müsəlman və dünyanın müxtəlif ölkələrində, müxtəlif millətlərdə yaşayan müsəlman icması müqəddəs Ramazan ayında oruc tutur. Gün batdıqdan sonra iftar verilir. Bu, Ukraynanın hər yerində, cəbhədə, hətta müharibə şəraitində belə hörmətlə qarşılanır. Krım tatarları Ramazan ayına hörmətlə yanaşırlar. Hörmət həmişə qarşılıqlı olmalıdır. Ona görə də bu ildən etibarən hər il Ukraynada prezidentin iştirakı ilə belə xüsusi ehtiram tədbiri keçiriləcək” deyə Zelenski bildirib.

NOCOMMENT.AZ