Zelenskinin gödəkçəsi rekord məbləğə satıldıbackend

Zelenskinin gödəkçəsi rekord məbləğə satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda Ukraynaya vəsait toplamaq üçün keçirilən hərracda Prezident Volodimir Zelenskinin məşhur yun gödəkçəsi 90 min funt-sterlinqə (110 min dollar) satılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, geyim mayın 5-də “Sotheby’s” hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.

Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu da hərraca çıxarılıb.
Yığılan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə edilməlidir. Hərracdan əldə edilən ümumi məbləğ açıqlanmır.