Zəlzələdən sonra afterşoklar olacaq – Qurban Yetirmişlibackend

Zəlzələdən sonra afterşoklar olacaq – Qurban Yetirmişli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o qeyd edib ki, ola bilsin bu afterşoklar hiss olunmasın.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: “Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı”.

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.(Report)