Zəngəzurda binası hazır olmayan konsulluq: İran niyə tələsir? – FOTObackend

Zəngəzurda binası hazır olmayan konsulluq: İran niyə tələsir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Zəngəzurda hələ binasının tikintisi başa çatmayan baş konsulluğunu açmağa tələsir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr İranın tələskənliyinin “anlaşılmadığını” iddia edir: “Bu gün Sünik vilayətinin (Zəngəzur) rayonunun Qafan rayonunda İranın baş konsulluğunun açılış mərasimi keçiriləcək. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünəndən Ermənistanda rəsmi səfərdədir. O, konsulluğun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə iştirak edəcək.

Maraqlıdır ki, konsulluq binasında tikinti və abadlıq işləri hələ başa çatmayıb. Amma İran tərəfinin təşəbbüsü ilə onun “təntənəli mərasim”lə açılması barədə qərar qəbul edilib.

Məsələ burasındadır ki, Sünikin regional administrasiyası bu gün gözlənilən hadisədən belə xəbərdar olmayıb. Açılış kortəbii şəkildə baş verir”.

Nəşr İranın “hansısa səbəb”dən konsulluğu açmağa tələsdiyini bildirib.

Xatırladaq ki, İran hökuməti 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar verib. Bundan sonra Abedin Varamin İranın bölgədəki baş konsulu təyin olunub.