Zirə-nin penaltisini verməyən hakim ağır cəza aldıbackend

Zirə-nin penaltisini verməyən hakim ağır cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA Hakimlər Komitəsi referi Fərid Hacıyevi beş oyunluq cəzalandırıb.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə komitə sədri Barış Şimşək qərar verib.

O, F.Hacıyevi Azərbaycan Premyer Liqasının 19-cu turunda baş tutan “Səbail” – “Zirə” matçının 79-cu dəqiqəsində qonaqların penaltisini vermədiyinə görə cəzalandırıb.

Qeyd edək ki, Fərid Hacıyev həmin qarşılaşmada VAR-a çağırılsa da, penalti epizodunda fərqli qərar qəbul etmişdi.