111 illik əmr üzə çıxdı: Atatürk əsgərlərə yatmağı niyə qadağan etmişdi? – FOTOFAKTbackend

111 illik əmr üzə çıxdı: Atatürk əsgərlərə yatmağı niyə qadağan etmişdi? – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çanaqqala Quru Döyüşlərinin 111-ci ildönümü ərəfəsində 19-cu Diviziyanın komandiri Mustafa Kamal Atatürkün 1915-ci ildə verdiyi tarixi əmrin detalları ictimaiyyətə açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Çanaqqala Döyüşlərinin Qalipoli Tarixi Yerinin rəisi İsmayıl Kaşdemir bildirib ki, Atatürkün 3 iyun 1915-ci ildə Düztəpədən verdiyi əmrin üçüncü maddəsi səngərdə xidmət edən əsgərlərə son dərəcə sərt tapşırıqlar qoyurdu.

Onun sözlərinə görə, əmrdə səngər gözətçilərinin daim düşməni izləməsi, yüksək ayıqlıq göstərməsi və digər əsgərlərin də silahları əllərində komandirin əmrlərini gözləməsi tələb olunurdu. Ən diqqət çəkən məqam isə əsgərlərin heç vaxt yatmaması barədə qəti göstərişin verilməsi olub.

Kaşdemir qeyd edib ki, bu cür əmrlər türk əsgərinin göstərdiyi misilsiz fədakarlığın və komandirlərin güclü liderliyinin bariz nümunəsidir. Onun fikrincə, Çanaqqala zəfəri təsadüfi qazanılmayıb, əsgərlərin fövqəladə dözümlülüyü və intizamı həlledici rol oynayıb.

“Bu gün rahat yaşayan nəsillər bunu 111 il əvvəl Çanaqqalada göz qırpmayan əsgərlərə borcludur. Onların bir an belə ayıqlığı itirməməsi bu böyük qələbəni mümkün etdi”, – deyə Kaşdemir vurğulayıb.

Qeyd edək ki, sözügedən əmr Çanaqqala Döyüşləri zamanı verilib və döyüşlərin gedişində əsgərlərin yüksək döyüş hazırlığını təmin edən əsas sənədlərdən biri hesab olunur.

Aliyə

NOCOMMENT.az