23 qeyri-qanuni miqrant saxlanılıbbackend

23 qeyri-qanuni miqrant saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana şəhərində polisin saxladığı mikroavtobusda 23 qeyri-qanuni miqrant saxlanılıb. Şübhəlilər ifadələrində yolda qeyri-qanuni miqrantları görərək onları maşınlarına mindirdiklərini iddia ediblər.

İl Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları mərkəz Sarıçam rayonunda mikroavtobusu şübhəli olaraq dayandıraraq axtarış etdi.

NOCOMMENT xəbər verir ki, qruplar apardıqları yoxlamalar zamanı mikroavtobusda olan 23 Suriya vətəndaşının ölkəyə qeyri-qanuni yollarla daxil olduğunu müəyyən ediblər.

Bunun üzərinə sürücü Mehmet Ç. və onunla birlikdə Saleh E. və Kasım E. nəzarətə alındı.

Qeyri-qanuni miqrantlar deportasiya edilmək üçün İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Polis bölməsinə aparılan şübhəlilər ifadələrində Bursadan ehtiyat hissələri almaq üçün Şanlıurfaya getdiklərini və geri qayıdarkən yolda həmin şəxsləri görərək maşınlarına mindirdiklərini iddia ediblər.