3 ayda 132 qeyri-qanuni miqrant yoxa çıxdıbackend

3 ayda 132 qeyri-qanuni miqrant yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə son 3 ayda Avropaya keçmək istəyərkən qayıqları batmış yüzlərlə qeyri-qanuni miqrantdan 132-si yoxa çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tunis İqtisadi və Sosial Hüquqlar Forumu Tunisdəki qeyri-qanuni miqrantlar və qeyri-qanuni miqrasiya təşəbbüsləri haqqında hesabatında məlumat verilib.

2023-cü ilin ilk 3 ayında 132 miqrantın yoxa çıxdığı bildirilən hesabatda 348-i uşaq, 121-i qadın olmaqla 1771 qeyri-qanuni miqrantın gəmi ilə İtaliyaya çatdığı bildirilib.

Hesabatda İtaliyaya gələn qeyri-qanuni miqrantların əksəriyyətinin Afrika ölkələrindən olduğu qeyd edilib.

Qeyd edək ki, mart ayında 29 qeyri-qanuni miqrantın cəsədi tapılıb.

NOCOMMENT.AZ