3 milyon manat “AZ.Arxitektura”nın oldu – Bu qiymətə layihə sənədləri hazırlanacaq?backend

3 milyon manat “AZ.Arxitektura”nın oldu – Bu qiymətə layihə sənədləri hazırlanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda abadlıq işlərinin layihələndirilməsinə 3 milyon manat ayrıldı.

NOCOMMENT.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində həyata keçiriləcək genişmiqyaslı abadlıq işləri ilə bağlı tenderin qalibini elan edib.

Bakı şəhərindəki səkilər, həyətlər, park və bağlarda aparılacaq yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “AZ.Arxitektura” MMC həyata keçirəcək.

Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 3 016 099 manat təşkil edir.

Bizimesr.com bildirir ki, 3 milyon manata yaxın vəsaitin yalnız layihə sənədlərinə ayrılması ictimaiyyət üçün böyük rəqəm kimi görünür. Layihənin konkret olaraq neçə parkı, neçə həyəti və neçə kilometr səki sahəsini əhatə etdiyi barədə məlumatlar açıq şəkildə təqdim olunmalıdır ki, olunmur.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin bütün layihələrini “AZ.Arxitektura” MMC həyata keçirir. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri isə Abit Əliyevdir. Onun Bakı meri Eldar Əzizovla yaxın olduğu qeyd olunur.

Abit Əliyev eldar Əzizovun ən yaxın kadrlarındandır. Belə ki, Eldar Əzizov 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləyən Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmişdir. Sonradan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə gələn E.Əzizov Abit Əliyevi də özü ilə Sumqayıta gətirmişdir./Bizimesr.com /