30 yaşlı müğənni səhnədə öldübackend

30 yaşlı müğənni səhnədə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada 30 yaşlı sənətçi Pedro Henrike səhnədə mahnı oxuyarkən qəfil ürəktutmasından dünyasını dəyişib.

NOCOMMENT.az Cebhe.info-ya istinadən xəbər verir ki, Braziliyanın Feira de Santana şəhərində internetdə yayımlanan dini tədbirdə çıxış edən 30 yaşlı Pedro Henrike səhnədə mahnı oxuyarkən qəfil ürəktutmasından dünyasını dəyişib.

Henrike mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb və tamaşaçılar kömək üçün səhnəyə qaçıblar.

Henrikenin evli olduğu və 1 aylıq bir qızı olduğu açıqlanıb.