50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcəkbackend

50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskviç 2140” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü məhkəməlik olub.

NOCOMMENT.az xəbər verir ki, D.F idarə etdiyi, “BC” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun 336-cı kilometrində qayda pozuntusuna yol verib. Bu səbəbdən onun barəsində inzibati xəta protokolu tərtib olunub və 50 manat məbləğində cərimə tətbiq edilib.

Lakin sürücü cəriməni 3 ay müddətində ödəmədiyi üçün onun haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə əlavə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, sürücünün “Moskviç 2140” markalı avtomobili idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Həmin avtomobil 1975-ci ildı istehsal olunub./Qaynarinfo/