“İki ay əvvəl evdə yıxıldım, qolum sındı”.
NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
“Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam”, – Xalq artisti əlavə edib.
Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var./Teleqraf/










