Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQbackend

Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlar tez-tez Ermənistan Müdafiə Nazirliyinə məktublar yazır, hərbi hazırlıq məsələsini qaldırırlar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 13-də hökumətin iclasında iştirak edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Bizim artıq hazırlanmış proqramımız var, yaxın vaxtlarda Müdafiə Nazirliyi bəyanat verəcək ki, Ermənistan vətəndaşı olan qadınlar müvafiq poliqonlarda qeydiyyatdan keçib hərbi silahlarla atəş təlimi keçə bilərlər. Bu, təbii ki, istəyə bağlıdır”, – deyə Papikyan söyləyib.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Əgər söhbət biraylıq məcburi hazırlıqdan gedirsə, o zaman bunu qadınlar üçün, məsələn, 15 və ya 7 gün edə bilərik. Bildirək ki, bütün vətəndaşlardan danışırıqsa, bu dairəyə qadınlar da daxildir. Silahla tanış olmağın heç kimə zərər verdiyini düşünmürəm. Bu da elmdir, heç kimə zərəri olmaz”.