Erməni deputatlar azərbaycanlılarla danışıqlara hazırdırlar?backend

Erməni deputatlar azərbaycanlılarla danışıqlara hazırdırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinə Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli parlamentlərarası danışıqların aparılması təklifi daxil olub. Ancaq bu hələ ki yalnız təklif səviyyəsindədir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistan aprlamentinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

Bundan əvvəl Rusiya KİV-ində Rusiya Federasiya Şurasının gələn həftə Ermənistan və Azərbaycanla üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılması məsələsini müzakirə edəcəyi barədə məlumat yayılmışdı. Qeyd olunub ki, danışıqların özü də tezliklə, ola bilsin, noyabrda baş tuta bilər.

Xaçatryan qeyd edib ki, üçtərəfli parlamentlərarası danışıqlar təklifi Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda Rusiyaya rəsmi səfəri çərçivəsində Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən irəli sürülüb.

“Alen Simonyan müsbət cavab verdi, lakin bu, sadəcə təklif idi, görüşün formatı hələ müzakirə olunmayıb”, – deyə Xaçatryan bildirib.

O, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü və onun nəticəsində qəbul edilmiş bəyanatı xatırladıb.

Xaçatryan vurğulayıb ki, Ermənistan üçün bu bəyanatın müddəalarını yerinə yetirməsi son dərəcə vacibdir. Söhbət qalan vəzifələrin, o cümlədən humanitar məsələlər blokunun dərhal həllinə yönəlmiş əlavə səylərdən gedir.

“Həmin bəyanatda qeyd olunanların həyata keçirilməsindən sonra digər sferaların nümayəndələrinin təmaslarından, o cümlədən parlamentlərarası formatda danışıqlar platformasının formalaşdırılmasından danışmaq mümkün olacaq”, – deyə Xaçatryan söyləyib.

Xatırladırıq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri – Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammit keçirilib. Danışıqlar nəticəsində birgə bəyanat qəbul edilib.