Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın sonucunda ölənlərin sayı artıb.
NOCOMMENT TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, yanğında ölənlərin sayı 7-yə yüksəlib.
Məlumata görə, daha bir nəfər isə xəsarət alıb.
Eyni zamanda İstintaq Komitəsi hadisəyə malların düzgün saxlanmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olduğunu açıqlayıb.