Dünya futbolunun ən qorxulu hücumçularından ikisi – argentinalı 35 yaşlı Lionel Messi və polşalı 34 yaşlı Robert Levandovski çərşənbə günü – 30 noyabrda Dünya Kubokunda üz-üzə gələcək.
NOCOMMENT “Reuters”-ə istinadla xəbər verir ki, iki futbol nəhənginin təmsil olunduğu yığmalar Dünya Kubokunda son 16-cı yeri tutmaq üçün mübarizə aparacaq.
C qrupunda 3 xalla ikinci olan Argentina polyaklardan bir xal geridər. Argentinanın Üçüncü Dünya Kuboku titulu uğrunda mübarizəyə davam edə bilmək üçün qazanmaqdan başqa çıxış yolu yoxdur.
1986-cı ildən pley-off mərhələsinə çıxa bilməyən Polşa Argentinaya ya qalib gəlməli, ya da heç-heçə etməlidir.
Xatırladaq ki, bu hər iki futbolçunun sonuncu mundialı ola bilər.